Oğurluq etmiş Ağdaş rayon sakini Qabil Sadıqov saxlanılmışdır
13.12.2015Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də Bakı şəhər sakini Fidan Dostuzadəyə məxsus mağazadan 700 manat və tütün məmulatı oğurlamış Ağdaş rayon sakini Qabil Sadıqov saxlanılmışdır. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Loğman Gülərova məxsus aptekdən oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.