Oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri Sərxan Hüseynov və Elimxan Alıyev tutulmuşlar
11.12.2015Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da Yeni Günəşli qəsəbəsi ərazisində quraşdırılmış “Milli Ön” ödəmə terminalından, Tahir Təhməzova məxsus mağazadan pul və tütün məmulatı oğurlamış və Tofiq Əmiraslanova məxsus mağazadan isə oğurluğa cəhd göstərmiş Bakı şəhər sakinləri Sərxan Hüseynov və Elimxan Alıyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha 2 mağazadan və noyabrın 19-da Bakıxanov qəsəbəsi ərazisində quraşdırılmış “Milli Ön” ödəmə terminalından pul oğurlamaları da müəyyən edilmişdir.