Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Emil Aslanov avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirmişdir
11.12.2015Dekabrın 11-də Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Emil Aslanov evində ailə məişət münaqişəsi zəminində avtomat silahdan açdığı atəşlə özünə xəsarət yetirmiş və o, xəstəxanaya yerləşdirilmişdir.
Ağdam RPŞ əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı nömrəsi silinmiş “AK-74” markalı silah, 76 ədəd patron, 3 patron darağı və 1 ədəd giliz aşkar edilərək götürülmüşdür.
Araşdırmalar aparılır.