Oğurluq etmiş Bakı şəhər sakini Mirzəağa Həbibov tutulmuşdur
11.12.2015Dekabrın 11-nə keçən gecə Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Mirseyfəl Məlikovun həyətindən 32 baş qoyun oğurlanmışdır.
Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Mirzəağa Həbibov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun dekabrın 7-də Fərid Novruzova məxsus həyətdən 2 baş inək oğurlaması da müəyyən edilmişdir.