Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış paytaxt sakini Marina Baqanova yerləşdirildiyi xəstəxanada ölmüşdür
11.12.2015Dekabrın 9-da Nərimanov rayonunun A.Nemətulla küçəsində Bakı şəhər sakini Gündüz Məmmədov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən paytaxt sakini Marina Baqanovanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş M.Baqanova dekabrın 11-də orada ölmüşdür.
Araşdırmalar aparılır.