Nardaran qəsəbəsi ərazisindən 1 ədəd tapança, 1 ədəd avtomat silah və vasitələri tapılmışdır
02.12.2015Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu RPİ əməkdaşları tərəfindən Nardaran qəsəbəsində torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, qundağı kəsilmiş “AKM” markalı silah, 5 ədəd patron və 1 ədəd patron darağı, məişət tullantıları qutusundan isə 1 ədəd nömrə silinmiş “Revolver” tipli tapança tapılmışdır.