Abşeron rayonunun Hökməli qəsəbəsində yol-nəqliyyat hadisəsi
02.12.2015Dekabrın 2-də saat 13 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsində qəsəbə sakini Həsən Gülhüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış “Azəryolservis” MMC-yə məxsus yerhamarlayan traktora vurmuşdur. Nəticədə xəsarət almış H.Gülhüseynov xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.