Oğurluq etmiş paytaxt sakini Fəqan Aslanov və İmişli rayon sakini Tacəddin Paşayev saxlanılmışdır
02.12.2015Dekabrın 2-də Nəsimi rayonu ərazisindəki gözəllik salonlarından birindən Bakı şəhər sakini Qəmər Əmirovaya məxsus içərisində 350 manatı olan pul kisəsi oğurlanmışdır.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Fəqan Aslanov və İmişli rayon sakini Tacəddin Paşayev saxlanılmışdır.