Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Göyçay şəhərində quldurluq etmiş şəxslərdən ikisi tutulmuş, qalan iki nəfər isə müəyyən edilmişdir

02.12.2015

Dekabrın 1-də Göyçay şəhərində yaşayan Fərzalı Hacıyevin evinə girmiş 3 maskalı şəxs arvadı Rəxşəndəni və oğlu Fərhadı döymüş, bıçaqla hədələyib oradan 100 manat və qızıl əşyalar aparmışdır.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətmiş Bərdə rayon sakini Səxavət Mehdiyevin idarə etdiyi “Opel” markalı avtomobil Qobustan rayonu ərazisində YPXA-nın əməkdaşları tərəfindən saxlanılmış, S.Mehdiyev və sərnişini, Şərur rayon sakini Orxan İsmayılov RPŞ-yə təhvil verilmişlər.

Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların hadisəni Tərtər rayon sakini Emin Əliyev və Bakı şəhər sakini Eltac Şəmiyevlə birgə törətmələri müəyyən edilmişdir.