Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxt sakini Adil Cəlilov tutulmuşdur

30.11.2015

Noyabrın 30-na keçən gecə Xətai rayonu ərazisində naməlum şəxs şəhər sakini Anar Zamanova məxsus “Toyota” markalı avtomobildən açıq talama yolu ilə 270 manat və sənəd götürüb “Lada-Priora” markalı avtomobildə hadisə yerini tərk etmişdir.

Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Adil Cəlilov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün paytaxt sakinləri Zaməddin Sadıqova məxsus “Mercedes” markalı avtomobildən sənəd və Fazil Məmmədova məxsus “Toyota” markalı avtomobildən qızıl əşyalar və 2 ədəd mobil telefon oğurlaması da müəyyən edilmişdir.

Xətai RPİ tərəfindən araşdırmalar aparılır.

30.11.2015 tarixinə olan kriminal məlumatlar