Nəsimi rayonunun 3-cü Alatava yaşayış sahəsində yerləşən kafedə qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş vermişdir
30.11.2015Noyabrın 30-da saat 11 radələrində Nəsimi rayonunun 3-cü Alatava yaşayış sahəsində yerləşən ümumi sahəsi 50 kvm. olan kafedə məişətdə isifadə edilən qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş vermişdir. Nəticədə kafenin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, orada işləyən Bakı şəhər sakinləri Əsli Qasımova hadisə yerində ölmüş, Tərlan Nağıyev, İsgəndər Əlişov və qızı Vüsalə, Zaqatala rayon sakini Elnarə Kərimova yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişlər.