Lənkəran rayonunun Siyavar kəndində yol-nəqliyyat hadisəsi
30.11.2015Noyabrın 30-da saat 13 radələrində Lənkəran rayonunun Siyavar kəndində şəhər sakini Ruslan Nuriyevin idarə etdiyi “Ford” və Astara rayon sakini Akif Əhmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. Nəticədə A.Əhmədov hadisə yerində ölmüş, R.Nuriyev və sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.