Tərtər rayonunun İsmayılbəyli kəndində yol-nəqliyyat hadisəsi
30.11.2015Noyabrın 30-da saat 02 radələrində Tərtər rayonunun İsmayılbəyli kəndində rayon sakini Namiq Mirzəyevin idarə etdiyi “Hummer” və Ağdam rayon sakini Əbülfət Quliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Nəticədə Ə.Quliyev və 6 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.