Metronun “28 May” stansiyasında Göyçay rayon sakini K.Əsgərliyə zor tətbiq edib qol saatını almış R.Rüstəmov tutulmuşdur
02.11.2015Oktyabr ayının 29-da metronun “28 May” stansiyasında şəxsiyyəti məlum olmayan 2 nəfər Göyçay rayon sakini Kamran Əsgərliyə zor tətbiq edib qol saatını almışdır.
Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Rüstəm Rüstəmov tutulmuşdur.