Paytaxt sakini E.Xudadatov Nizami rayonu ərazisində Bakı şəhər sakini E.Həsənovaya zor tətbiq edərək çantasını alıb hadisə yerini tərk etməyə cəhd göstərərkən saxlanılmışdır
02.11.2015Noyabrın 2-də paytaxtın Nizami rayonu ərazisində naməlum şəxs Bakı şəhər sakini Elmira Həsənovaya zor tətbiq edib içərisində 450 manatı və sənədləri olan çantasını alıb hadisə yerini tərk etməyə cəhd göstərərkən həmin şəxs Nizami RPİ PPXB-nin əməkdaşı, polis nəfəri Aygün Səmədova tərəfindən saxlanılmış və 24-cü PB-yə təhvil verilmişdir.
Araşdırmalarla onun paytaxt sakini Elçin Xudadatov olması müəyyən edilmişdir.
Nizami RPİ tərəfindən araşdırma aparılır.