Qusar rayon sakini İ.Hacıyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmiş rayon sakini S.Muradov tutulmuşdur
02.11.2015Noyabrın 2-də Qusar rayonunun Balaqusar kənd sakini İskəndər Hacıyev RPŞ-yə müraciət edərək noyabrın 1-də idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində oturmuş naməlum şəxsin Aşağı-Ləyər kəndinə gedəcəyini deməsini, mənzil başına çatdıqda aralarında ödənişlə əlaqədar baş vermiş mübahisə zəminində həmin şəxsin ona bıçaqla boyun nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk etməsini bildirmişdir.
İ.Hacıyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Saşa Muradov tutulmuşdur.