Bakıxanov qəsəbəsində yerləşən fərdi avtodayanacağın gözətçi köşkündə baş vermiş yanğın nəticəsində 1 nəfər ölmüşdür
02.11.2015Noyabrın 2-də saat 05 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən fərdi avtodayanacaqdakı gözətçi köşkündə yanğın baş vermişdir. Yanğın söndürüldükdən sonra orada gözətçi işləmiş qəsəbə sakini İlqar Əliyevin yanmış meyiti tapılmışdır.
Yanğının elektrik naqillərinin qısa qapanmasından baş verməsi ehtimal olunur.