Siyəzən rayonunda yol-nəqliyyat hadisəsi
09.07.2007İyulun 8-də saat 21.30 radələrində Siyəzən rayonunda, rayon sakini Rafiq Allahverdiyevin idarə etdiyi "VAZ-2107" markalı və Tərtər rayon sakini Emil Məmmədovun idarə etdiyi "Kamaz" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış R.Allahverdiyev və sərnişini, həmyerlisi Vüsal Məmmədyarov xəstəxanaya yerləşdirilmişlər. R.Allahverdiyev iyulun 9-da orada ölmüşdür.