Sumqayıt şəhərindəki Alüminium Zavodunun ərazisində partlayış baş vermişdir
09.07.2007İyulun 8-də saat 17.20 radələrində Sumqayıt şəhərindəki Alüminium Zavodunun ərazisində metal əridilməsindən əmələ gəlmiş qazdan ani partlayış baş vermişdir. Nəticədə oranın işçisi Məmmədcəfər Əhmədov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdir.