Balakən rayonunda yol-nəqliyyat hadisəsi
09.07.2007İyulun 10-da saat 00.30 radələrində Balakən rayonunda, rayon sakini Rasim Xəlilov "VAZ-21099" markalı avtomaşını idarə edərkən onu maneəyə vuraraq aşırmışdır. Nəticədə hadisə yerinin yaxınlığında olan Qazbinə kənd sakinləri Məmməd Soxrayev və Cavanşir Kərimov xəsarət almış və xəstəxanaya çatdırılmışlar. M.Soxrayev orada ölmüşdür.