Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş, yabanı halda bitmiş xaş-xaş kollarını yığaraq məhv edilmişdir

09.07.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu RPİ əməkdaşları qəsəbə sakini, əvvəllər məhkum olunmuş Şaban Bəşirovdan 0,238 qram tiryək, Sumqayıt ŞPİ əməkdaşları Bakı şəhər sakini Bəhruz Baxşıyevdən 19,55 qram tiryək, Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Gözəlovdan 0,226 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları Göyşaban kənd sakini Natiq Qurbanovdan 1,1 qram heroin, Cəlilabad RPŞ əməkdaşları rayon sakini İslam Həmidovdan 0,223 qram heroin götürmüşlər. Cəlilabad RPŞ əməkdaşları tərəfindən Kövüzbulaq kəndində 11,2 kiloqram tiryək tapılmışdır. Araşdırmalar aparılır. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gədəbəy RPŞ əməkdaşları Slavyanka kəndi ərazisində 0,1 hektar sahədən yabanı halda bitmiş, çəkisi 400 kiloqram olan 1785 ədəd, Arıqıran kəndi ərazisində 4 sot sahədən yabanı halda bitmiş, çəkisi 225 kiloqam olan 625 ədəd xaş-xaş kollarını yığaraq məhv etmişlər.