Oğurluq etmiş Bərdə şəhər sakini Cənnət Novruzov tutulmuşdur
25.04.2015Bərdə RPŞ və Tərtər RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Ənvər Mirzəyevə məxsus mağazadan 60 manat, danışıq kartları və tütün məmulatı oğurlamış Bərdə şəhər sakini Cənnət Novruzov tutulmuşdur. Oğurlanmış əşyalar Tərtər şəhərində, şəhər sakini Sərxan Musayevə məxsus mağazada aşkar edilərək götürülmüşdür.