Suraxanı rayonunun Ramana qəsəbəsində yol-nəqliyyat hadisəsi
25.04.2015Aprelin 25-də saat 22 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində naməlum sürücü idarə etdiyi üzərində dövlət qeydiyyat nişanları olmayan “Oka” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Fərmayıl İsmayılovu və Sahib Atayevi vurmuşdur. Piyadalara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.