Ödəniş kimi saxta əsginaz vermiş İsmayıllı rayon sakini Coşqun Cəfərli tutulmuşdur
25.04.2015Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 25-də Binəqədi qəsəbəsində Bakı şəhər sakinləri Elçin Ələsgərova və Səyyad İsmayılova məxsus mağazalarda alış-veriş edib ödəniş kimi hər birinə 1 ədəd 20 manatlıq saxta əsginaz vermiş İsmayıllı rayon sakini Coşqun Cəfərli tutulmuşdur.