Sabunçu qəsəbəsində yol-nəqliyyat hadisəsi
25.04.2015Aprelin 26-da saat 11 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakinləri Yaşar Məmmədovun idarə etdiyi “İnfiniti”, İsfəndiyar Abdullayevin idarə etdiyi “VAZ-2107” və Habil Bayramovun idarə etdiyi “İsuzu” markalı avtomobillər toqquşmuşdur. Nəticədə İ.Abdullayev və sərnişini, atası Mikayıl xəstəxanaya yerləşdirilmiş, İ.Abdullayev orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.