Avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Gülhüseyn Qasımov saxlanılmışdır
20.02.2015Fevralın 18-də Gülhüseyn Qasımov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Bakı BPİ DYPİ YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, barəsində toplanmış material Xəzər rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarına əsasən G.Qasımov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş və barəsində 20 gün həbs inzibati tənbeh növü tətbiq edilmişdir.