Mağazalardan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsullları oğurlamış dəstə üzvləri saxlanılmışlar
20.02.2015DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral ayının 9-dan 17-dək olan müddətdə Telman Ələsgərova, Əyyub Əsədullayevə və İlham Əsgərova məxsus mağazalardan pul, danışıq kartları, tütün məmulatı və ərzaq məhsullları oğurlamış Bakı şəhər sakinləri Əli Rəsulov, Həmid Adıgözəlov, Mətləb Rəhmanov, Məhəmməd Əliyev, Rəhman Məhərrəmov, Lənkəran rayon sakini Vüsal Quluzadə və Şərur rayon sakini Hüseyn Mustafayev saxlanılmışlar.