Avtomobil qaçırmış Bakı şəhər sakinləri Teymur Əsədov və Elşən Sadıqov tutulmuşlar
20.02.2015Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 15-də Anar Həsənliyə məxsus “VAZ-2109” markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Teymur Əsədov və Elşən Sadıqov tutulmuşlar. Avtomobil E.Sadıqovun Binə qəsəbəsində yaşadığı evinin həyətində sökülmüş və sarı rəngə rənglənmiş vəziyyətdə tapılmışdır.