Oğurluq etdiyinə görə tutulmuş Xaliq Məmmədovun digər cinayət əməlləri də müəyyən edilmişdir
20.02.2015Fevralın 12-də oğurluq etdiyinə görə tutulmuş Xaliq Məmmədovun ətrafında Baş Cinayət-Axtarış İdarəsi, Gəncə ŞBPİ və Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Zərintac İsmayılovaya, Vüqar Şahbazova, Nərminə Mirişovaya, Ağamizə Dadaşova, Gülmirə Cəfərovaya və Nurlan Əhmədova məxsus mağazalardan pul, ərzaq məhsulları və tütün məmulatı, habelə 2014-cü il oktyabr ayının 28-də Lənkəran şəhərində şəhər sakinləri Samirə Ağayevaya və noyabr ayının 21-də Azər Əliyevə məxsus mağazalardan da geyim əşyaları oğurlaması müəyyən edilmişdir.