Gün ərzində 87 cinayət faktı qeydə alınmışdır
02.02.2015Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 87 cinayət faktı qeydə alınmış, onların da 36-sı “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 5 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 46 nəfər tutulmuşdur.