Qaradağ rayonu ərazisində “VAZ-21060” və “DAF” markalı avtomobillər toqquşmuşdur
02.02.2015Fevralın 2-də saat 19 radələrində Qaradağ rayonu ərazisində Yardımlı rayon sakini Kənan Baloğlanlının idarə etdiyi “VAZ-21060” və Lənkəran rayon sakini Mehman Rzayevin idarə etdiyi “DAF” markalı avtomobillər toqquşmuşdur. K.Baloğlanlı və sərnişinləri - Bakı şəhər sakinləri Zahir Şirinov və Əvəzxan Abdullayev xəstəxanaya yerləşdirilmiş, Z.Şirinov orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.