Bakı şəhər sakini Namiq Əliyevə ölümcül xəsarət yetirmiş paytaxt sakini E.Mustafayev tutulmuşdur
02.02.2015Fevralın 1-də Maştağa qəsəbəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölənin Bakı şəhər sakini Namiq Əliyev olması müəyyən edilmişdir.
Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Elşad Mustafayev tutulmuşdur.