Laçın rayon sakini Talıb Hətəmovun müraciəti əsasında onun atası Əlif Hətəmovdan ov tüfəngi götürülmüşdür
02.02.2015Fevralın 2-də Ağcabədi rayonunun Mehrablı kəndində yaşayan Laçın rayon sakini Talıb Hətəmov RPŞ-yə müraciət edərək fevralın 1-də həyətinə gəlmiş atası Əlifin sərxoş vəziyyətdə tüfəngdən havaya 5 dəfə atəş açmasını bildirmişdir.
Ağcabədi RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 5 ədəd giliz, Əlif Hətəmovdan isə müvafiq sənədləri olan ov tüfəngi götürülmüşdür.
Ə.Hətəmov izahatında meşə zolağındakı vəhşi heyvanları qorxutmaq üçün atəş açmasını bildirmişdir.