Gəncə şəhər sakini İ.Sultanovun qanunsuz lotereya oyunları təşkil etməsi müəyyən edilmişdir
02.02.2015Gəncə ŞBPİ əməkdaşları tərəfindən İlqar Sultanovun şəhər ərazisindəki evlərdən birində qanunsuz lotereya oyunları təşkil etməsi müəyyən edilmişdir. Oraya baxış zamanı oyun çekləri, “Postleks” markalı çek aparatı, televizor, noutbuk, istifadə olunmamış lotereyalar aşkar edilərək götürülmüşdür.