Kəngərli rayonu ərazisində “TOFAŞ” və “AzSamand” markalı avtomobillər toqquşmuşdur
02.02.2015Fevralın 2-də saat 14 radələrində Kəngərli rayonunun Böyük Düz kəndində Şərur rayon sakinləri Sübhan Əsgərovun idarə etdiyi “TOFAŞ” və Natiq Əliyevin idarə etdiyi “AzSamand” markalı avtomobillər toqquşmuşdur. Hər iki sürücü və S.Əsgərovun sərnişinlərindən Dilarə Əsgərova və Gülarə Rzayeva hadisə yerində ölmüş, digər 1 sərnişini, habelə N.Əliyevin 1 sərnişini xəstəxanaya yerləşdirilmişdir.
Naxçıvan MR DİN DYPİ tərəfindən araşdırma aparılır.