Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Qaçırılmış avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları aşkar edilmişdir

20.01.2015

Bakı şəhər sakini Pərviz Babayevə məxsus “BMW” markalı avtomobilin ötən ilin noyabrın 30-da oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “VAZ-2107” markalı avtomobilin yanvarın 20-də C.Qurbanov küçəsində hərəkətdə olması aşkar edilmişdir. DİN-in Təhlükəsiz Şəhər Xidməti, Çevik Polis Alayı və Suraxanı RPİ 31-ci PB əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində avtomobil saxlanılmış, onun Bakı şəhər sakini Kamran Mürsəlov tərəfindən idarə edilməsi müəyyən edilmişdir. Avtomobilin yük yerinə baxış zamanı oradan qeyd edilən “VAZ-2107” markalı avtomobilə, həmçinin İsvecrəyə və BƏƏ-nə aid dövlət qeydiyyat nişanları da aşkar edilərək götürülmüşdür.

Araşdırmalar zamanı qeyd edilən avtomobilin Hüseyn Hüseynliyə məxsus olması və yanvarın 20-nə keçən gecə yaşadığı Əmircan qəsəbəsindən qaçırılması da müəyyən edilmişdir.  

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.