Ramana qəsəbə sakini Saleh Məmmədova bıçaqla xəsarət yetirmiş Tahir Əliyev tutulmuşdur
20.01.2015Yanvarın 16-da Ramana qəsəbəsindən qəsəbə sakinləri Saleh Məmmədovun və İbrahim Əliyevin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmələri barədə verilmiş məlumatla əlaqədar Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən aparılmış tədbirlərlə S.Məmmədova xəsarətin Özbəkistan vətəndaşı Tahir Əliyev tərəfindən, İ.Əliyevə isə xəsarətin S.Məmmədov tərəfindən yetirilməsi müəyyən edilmişdir.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əliyev tutulmuşdur.