Oğurluq etmiş Şamaxı rayon sakinləri Tamerlan Muradov, Vaqif Xankişiyev və onun qardaşı Ağadadaş tutulmuşlar
20.01.2015Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də Fərman Gözəlovun həyətindən 4 baş qoyun oğurlamış Şamaxı rayon sakinləri Tamerlan Muradov, Vaqif Xankişiyev və onun qardaşı Ağadadaş tutulmuşlar. V.Xankişiyevin və Ağadadaşın ətrafında aparılmış əməliyyat tədbiləri ilə onların 2014-cü il iyun ayının 17-də Qəzli kənd sakini Taciəddin Muradovun 2 baş qoyununu oğurlamaları da müəyyən edilmişdir.