Axtarışda olan Rusiya Federasiyasının vətəndaşı İftixar Əzizovdan narkotik vasitə aşkar edilərək götürülmüşdür
20.01.2015Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının vətəndaşı İftixar Əzizovdan 1,260 qram heroin götürülmüşdür. Araşdırmalar zamanı onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olması da müəyyən edilmişdir.