Avtomobil qaçırmış Xırdalan şəhər sakini Ənvər Əhmədov və Füzuli rayon sakini Sənan Qəribov tutulmuşlar
17.01.2015Yanvarın 17-nə keçən gecə Xırdalan şəhərindən şəhər sakini Emin Xudiyevə məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır.
Abşeron və Füzuli RPŞ-lərin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Ənvər Əhmədov və Füzuli rayon sakini Sənan Qəribov tutulmuşlar. Avtomobil həmin gün Beyləqan rayonunun ərazisində tapılmışdır.
Abşeron RPŞ tərəfindən araşdırma aparılır.