Yevlax rayonunun Hürüuşağı kəndində yol-nəqliyyat hadisəsi
17.01.2015Yanvarın 17-də saat 19 radələrində Yevlax rayonunun Hürüuşağı kəndində Aran qəsəbə sakini Firuz Cəfərovun idarə etdiyi “Mercedes” və Goranboy rayon sakini Allahverdi Həsənovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşduqdan sonra “VAZ-2107” markalı avtomobildə yanğın baş vermişdir. A.Həsənov və sərnişinləri - atası Qədim, anası Nahibə xəstəxanaya yerləşdirilmiş, Nahibə orada ölmüşdür.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.