Gəncə şəhərində yol-nəqliyyat hadisəsi
17.01.2015Yanvarın 17-də saat 16 radələrində Gəncə şəhərində şəhər sakini Abbas Kərimovun idarə etdiyi “VAZ-2121” və Şəmkir rayon sakini İslam Şabanovun idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşmuşdur. Hər iki sürücü və A.Kərimovun 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.