Sumqayıt şəhəri 18-ci mikrorayonda yol-nəqliyyat hadisəsi
17.01.2015Yanvarın 17-də saat 22 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayonda Siyəzən rayon sakini Rəşad Əliyev idarə etdiyi “QAZ-3110” markalı avtomobillə yolu keçən şəhər sakini Rauf Hacıyevi vurmuşdur. R.Hacıyev xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.