Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Metronun “Koroğlu” stansiyasında Sumqayıt şəhər sakini D.Nəcəfovu bıçaqla hədələyib mobil telefonunu almış Ağcabədi rayon sakini C.Kazımov tutulmuşdur

01.01.2015

Yanvarın 1-də metronun “Koroğlu” stansiyasında naməlum şəxs Sumqayıt şəhər sakini Dağbəy Nəcəfovu bıçaqla hədələyib mobil telefonunu almışdır.

Bakı BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağcabədi rayon sakini Cəsur Kazımov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün metronun “Koroğlu” stansiyasında Saatlı rayon sakini Elçin Qəriblinin də mobil telefonunu quldurluq yolu ilə alması müəyyən edilmişdir.

Araşdırmalar aparılır.

01.01.2015 tarixinə olan kriminal məlumatlar