Ötən il sentyabrın 25-də R.Şirinova məxsus mağazadan oğurluq etmiş Bakı şəhər sakini V.Hümbətov tutulmuşdur
01.01.2015Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 25-də Rahim Şirinova məxsus mağazadan tütün məmulatı, spirtli içki və ərzaq məhsulları oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Hümbətov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini Rafiq Nuriyevə məxsus kafedən qapını sındırmaq yolu ilə 9 manat, spirtli içki, ərzaq məhsulu və inşaat aləti oğurlaması da müəyyən edilmişdir.