Dekabr ayının 31-də Gəncə şəhərində şəhər sakini F.Qasımovun pulunu və mobil telefonunu alanların şəxsiyyətləri müəyyən edilmişdir
01.01.2015Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü il dekabr ayının 31-də Gəncə şəhərində şəhər sakini, ruhi xəstə Fərid Qasımovun 5 manatının və mobil telefonunun şəhər sakinləri Elsevər Yusibov, əvvəllər məhkum olunmuş Qüdrət Cəfərov və Xəyal adlı şəxs tərəfindən alınması müəyyən edilmişdir. Araşdırmalar zamanı E.Yusibovun, Q.Cəfərovun və Xəyal adlı şəxsin, həmin gün F.Qasımovla birgə olan qohumu - Sadıllı qəsəbə sakini Rövşən Qasımovu da bıçaqla hədələyib 6 manatını və mobil telefonunu almaları, polisə məlumat verəcəyi təqdirdə öldürəcəkləri ilə hədələmələri də müəyyən edilmişdir.