Biləsuvar rayonunun Əsgərabad kəndində yol-nəqliyyat hadisəsi
01.01.2015Yanvarın 1-də saat 21 radələrində Biləsuvar rayonunun Əsgərabad kəndində Lerik rayon sakini Habil Əliyevin idarə etdiyi “Mercedes” və Biləsuvar rayon sakini Niyaməddin Qurbanovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşmuşdur. N.Qurbanovun sərnişinləri Gülbəs Nərimanova və Təranə Ağayeva xəstəxanaya yerləşdirilmiş, G.Nərimanova orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.