Mağazadan oğurluq etmiş Bakı şəhər sakini Həsrət Əzizovun digər cinayət əməli də müəyyən edilmişdir
25.12.2014Dekabrın 24-də Səbail rayonunun Mərdanov Qardaşları küçəsində Bakı şəhər sakini Etibar Hüseynova məxsus mağazadan ərzaq məhsulları və məişət əşyası oğurlamış Bakı şəhər sakini Həsrət Əzizov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş və Səbail RPİ 9-cu PB-yə təhvil verilmişdir. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün Neftçilər prospektində Bakı şəhər sakini Müşfiq Rəcəbova məxsus mağazadan ətir oğurlaması da müəyyən edilmişdir.