Şirvan şəhərində yol-nəqliyyat hadisəsi
25.12.2014Dekabrın 25-də saat 17 radələrində Şirvan şəhərində şəhər sakini Mikayıl Abdullayevin idarə etdiyi “VAZ-2107”, Hacıqabul rayon sakini Cavid Qasımovun idarə etdiyi “VAZ-2107” və Sabirabad rayon sakini Yadigar Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur. M.Abdullayev və sərnişini, habelə Y.Məmmədovun sərnişini xəstəxanaya yerləşdirilmişlər.
Şirvan ŞPŞ tərəfindən araşdırma aparılır.