Göyçay rayonunun Mallı-Şıxlı kəndində yol-nəqliyyat hadisəsi
25.12.2014Dekabrın 25-də saat 12 radələrində Göyçay rayonunun Mallı-Şıxlı kəndində Türkiyə vətəndaşı Cünryt Gök Sabri idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Şəhadət kənd sakini Şahin Süleymanovu vurmuşdur. Ş.Süleymanov xəstəxanaya yerləşdirilmişdir.
Göyçay RPŞ tərəfindən araşdırma aparılır.